Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
Bizi izləyin

Nəqliyyat

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Aprel ayının 12-də axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm