Bakının mərkəzi küçəsində BİABIRÇI VƏZİYYƏT - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Bakının mərkəzi küçəsində BİABIRÇI VƏZİYYƏT - FOTOLAR

Bir müddətdir ki, Bakı şəhər Asif Məhərrəmov küçəsində təmir-yenidənqurma işləri həyata keçirilir.

Publika.az xəbər verir ki, nəliyyat axınının sıx olduğu, Bakının şimal giriş-çıxışı istiqamətində yerləşən bu küçədə işlərin ləng aparılması, ətrafın uzun müddətdir toz-torpaq içində qalması yerli sakinləri və sürücüləri narazı salıb. Sakinlər evlərinin və həyətlərinin ləng aparılan qazıntı-yenidənqurma işləri nəticəsində toz-torpaq içində qalmasından, sürücülər isə avtomobillərinin bu yolda uzun müddət tıxacda qalmasından və, çala-çuxurlarda nasaz vəziyyətə düşməsindən narahatdır.

Son günlər ərzində ərazidə işlərin demək olar ki, dayanması, texnikanın yerindən tərpənməməsi narazılığı daha da artırıb.

Məsələ ilə bağlı ərazidə təmir-tikinti layihəsinə başçılıq edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentlıiyindən bildirilib ki, hazırkı şəraitdə yola asfalt vurulmasından söhbət gedə bilməz. Qurumun mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, hazırda ərazidə “Azərsu”, “Azəriqaz” və digər dövlət qurumları tərəfindən kommunikasiya xətlərinin yenilənməsi və yerləşdirilməsi işləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm