Bakı Taksi Xidməti gücləndirilmiş iş rejiminə keçdi
Bizi izləyin

Nəqliyyat

Bakı Taksi Xidməti gücləndirilmiş iş rejiminə keçdi

2019 “Formula 1” Azərbaycan Qran Prisi yarışını canlı izləməyə gələn turistlərin paytaxtda nəqliyyat vasitəsi ilə daşınmasını təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Bakı Taksı Xidməti" MMC gücləndirilmiş is rejiminə keçib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Publika.az-a verilən məlumata görə, Hava Limanına dislokasiya üçün nəzərdə tutulan London taksilərinin sayı artırılıb.

Təkcə 2 gün ərzində ölkəyə gələn turistlərin 60 faizi paytaxtın müxtəlif hissələrinə London taksiləri ilə daşınıb.

Qeyd edək ki, hava limanında turistlərə xidmət üçün “Nəqliyyat Təlim Tədris Mərkəzi”ndə 1 ay müddətində xüsusi təlimdən keçən sürücülər cəlb edilib. Gücləndirilmiş iş rejimi yarışların sonuna qədər davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm