Bakıda nazirliyin qarşısında yeni svetoforlar quraşdırıldı
Bizi izləyin

Nəqliyyat

Bakıda nazirliyin qarşısında yeni svetoforlar quraşdırıldı

Bakı şəhərində nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdən birində yeni svetaforlar quraşdırılıb.

Publika.az xəbər verir ki, Nərimanov rayonu Xətai prospekti ərazisində - Təhsil Nazirliyinin qarşısındakı svetaforlar dəyişdirilib. Ərazidə nəqliyyat axınının stabilləşməsi üçün yolun bəzi hissələrinə əlavə maneələr qoyulub.

Yeni svetaforların işə düşməsindən sonra Gülarə Qədirbəyova küçəsindən Xətai prospekti və sol istiqamətə, yəni Heydər Əliyev və Babək prospekti istiqamətində nəqliyyat axınının stabilləşəcəyi və tıxacların nisbətən azalacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm