Bu yollarda təmir və rənglənmə aparılır
Bizi izləyin

Nəqliyyat

Bu yollarda təmir və rənglənmə aparılır

Bakı şəhəri, Qala-Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir.

Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm