Sabah bu yoldan keçməyin!
Bizi izləyin

Nəqliyyat

Sabah bu yoldan keçməyin!

Mayın 5-də səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm