Bu gün bu yollar bağlıdır
Bizi izləyin

Nəqliyyat

Bu gün bu yollar bağlıdır

Bu gün ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana ziyarətlə əlaqədar paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sabah Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdirilib.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm