Sabah bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI
Bizi izləyin

Nəqliyyat

Sabah bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, sabah Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm