Bu küçədə sıxlıq yarandı - Sürücülərin DİQQƏTİNƏ
Bizi izləyin

Nəqliyyat

Bu küçədə sıxlıq yarandı - Sürücülərin DİQQƏTİNƏ

Paytaxtın Rəşid Behbudov küçəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, küçədən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb.

“Bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm