Metronun 10 sərnişini Mark Eliyahunun konsertinə bilet qazanacaq
Bizi izləyin

Nəqliyyat

Metronun 10 sərnişini Mark Eliyahunun konsertinə bilet qazanacaq

“Bakı Metropoliteni” QSC sərnişinlərə dünya şöhrətli bəstəkar və kamança ifaçısı Mark Eliyahu Heydər Əliyev Sarayında konsert proqramına bilet təqdim edir.

QSC-dən Publika.az-a verilən məlumata görə, bunun üçün sərnişinlər qeydiyyatdan keçməlidir.

Sərnişinlər ad, soyad və ata adını, doğum tarixini, telefon və metroda gediş kartının nömrəsini göstərməklə qeydiyyatdan keçə bilər.

Seçim “United Cultures” tərəfindən düzgünlüklə və qərəzsiz aparılacaq.

Məlumatda bildirilir ki, Mark Eliyahunun konsertinə bilet alanlar da qeydiyyatdan keçə bilər.

Bu zaman sərnişinlər biletin nömrəsini xüsusi olaraq ayırılmış qrafada göstərməklə Mark Eliyahunun İstanbuldakı konsertinə bilet qazanmaq şansı əldə edirlər. Bu halda həmin şəxsə təyyarə ilə İstanbula və geri uçmaq, oteldə qalmaq və konsert bileti daxil olan paket təqdim olunacaq.

Layihə çərçivəsində metro sərnişinləri arasından seçiləcək 10 nəfəri Mark Eliyahunun konsertinə bilet əldə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm