SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR: Bakıda bu avtobuslarda kondisionerlər işləyir
Bizi izləyin

Nəqliyyat

SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR: Bakıda bu avtobuslarda kondisionerlər işləyir

“Xaliq Faiqoğlu” MMC istismarında olan 18 və 85 saylı marşrut xətləri üzrə müasir AVRO-5 standartlarına cavab verən 50 avtobusda bu gündən etibarən kondisionerlər işlək vəziyyətə gətirilib.

Bu barədə Publika.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə digər marşrut xəttlərində də kondisionerlər qoşulacaq: “Nəzərinizə çatdıraq ki, iş planına əsasən kondisionerlərin qoşulması 1 iyun tarixinə nəzərdə tutulmuşdu, Lakin sərnişinlərin müraciətləri nəzərə alınaraq avtobuslarda havasərinlədici qurğuların qoşulması 2 həftə önə çəkilmişdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm