Bu yolda hərəkət qismən məhdudlaşdırıldı
Bizi izləyin

Nəqliyyat

Bu yolda hərəkət qismən məhdudlaşdırıldı

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı km-dən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib.

Bu üzdən sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm