Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı müəyyən olundu
Bizi izləyin

Nəqliyyat

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı müəyyən olundu

Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədriCavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

O bildirib ki, bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir: "Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib.

C.Qurbanov qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq: "Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm