Metroda işıqlar sönməyəcək
Bizi izləyin

Nəqliyyat

Metroda işıqlar sönməyəcək

“Bakı Metropoliteni” QSC-nin ehtiyat elektrik təchizatı üzrə işlər başa çatmaq üzrədir.

Qurumdan Publika.az-a verilən məlumata görə, metroda dizel-elektrik stansiyaları "Azərişıq" ASC-nin yarımstansiyalarında quraşdırılıb.

Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək. "Azərişıq" ASC ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşmə nöqtələri müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji ehtiyaclarının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də müəyyən olunub. Ümumılikdə "Azərişıq" ASC-nin yarımstansiyalarında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generatorın qurulması qətiləşib. Bu məqsədlə "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkəti ilə müxtəlif gücə malik 17 generatorun istehsalı barədə imzalanan müqavilənin nəticəsi olraq həmin qurğular artıq təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb. Hazırda sazlama işləri aparılır.

Dizel elektrik stansiyalar fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub. İki belə dizel-generator stansiyası alınaraq ehtiyatda saxlanılır.

Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.

Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək.

Qeyd edək ki, ötən il iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranan məhdudiyyət Bakı metropoliteninin fəaliyyətinə mənfi təsir göstərərək, texniki qurğuların, stansiya və tunellərdə qatarların dayanmasına gətirib çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm