Bu yollar rənglənir - DİQQƏTLİ OLUN!
Bizi izləyin

Nəqliyyat

Bu yollar rənglənir - DİQQƏTLİ OLUN!

Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, işlərə bu gün başlanılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm