Bakının mərkəzi küçəsində biabırçı mənzərə - VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakının mərkəzi küçəsində biabırçı mənzərə - VİDEO

Dünən axşam saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində - "Şamaxinka" adı ilə tanınan ərazidə qazılmış yolu su basıb.

Publika.az xəbər verir ki, son günlərdə dəfələrlə qazıntı işləri görülmüş yolun (20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçələri istiqaməti) hərəkət hissəsində yararsız vəziyyətdə olan asfalt örtüyü axan su səbəbindən daha da yararsız vəziyyətə düşüb. Ərazidən nəqliyyat vasitələrinin və piyadaların keçməsi acınacaqlı mənzərə səbəbindən daha da çətinləşib.

Qeyd edək ki, xeyli vaxtdır ki, Moskva prospektində yerüstü piyada keçidinin tikintisi həyata keçirilir. Bununla yanaşı yaxınlıqdakı Asif Məhərrəmov küçəsində də əsaslı təmir işləri görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm