Bakının bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
Bizi izləyin

Nəqliyyat

Bakının bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO

A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu, aparılan təmir işləri ilə əlaqədardır.

Belə ki, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm