Nəqliyyat
Avtomobillərin icbari sığortası ilə bağlı ödənişin maksimal həddi artırıla bilər
Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər.
Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır.
“Bu qiymətləndirmələr əsasında hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksumal həddi aktualdır. Çünki, son dəyişiklikdən 8 il keçib. Hazırda bu məbləğ 5 min manatdır ki, devalvasiyadan sonra dollarla ifadədə 2 dəfə azalıb. Doğrudur, Azərbaycanda avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1 100-1 200 manatdır. Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5 000 manatdan çoxdur. Bu ayın sonunda aktuarilərin təklifləri hazır olacaq, ortaya çıxan rəqəmlərə uyğun addımlar atılacaq. Söhbət sığorta təminatı ilə yanaşı, sığorta tariflərindən də gedir”, - deyə R.Əhmədov qeyd edib. (report)
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...