Bakıda bu küçələrdə işıqforlar işləmir - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Bakıda bu küçələrdə işıqforlar işləmir - (YENİLƏNDİ)

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Qeyd edək ki, BNA işıqforların işləməməsinə səbəb kimi elektrik təchizatının kəsilməsini göstərir.

***

Hazırda Bakının bəzi küçələrində işıqforların işində problem yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a verilən məlumata görə, bu, elektrik təchizatının kəsilməsi ilə əlaqədardır.

Belə ki, hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm