"Bakubus" yük maşını ilə toqquşdu: xəsarət alan var
Bizi izləyin

Nəqliyyat

"Bakubus" yük maşını ilə toqquşdu: xəsarət alan var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, hadisə iyunun 7-si gecə saat 23 radələrində Hövsan yolunda baş verib.

Məlumata görə, Ford markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən BakuBus MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm