"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçdi
Bizi izləyin

Nəqliyyat

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçdi

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Publika.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı məlumatda bildirilir ki, Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin edilib.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm