Qatarların sürətinə məhdudiyyət qoyulub (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Qatarların sürətinə məhdudiyyət qoyulub (YENİLƏNDİ)

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən Publika.az-a daxil olan məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.

***

09:09

Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Gecikmənin yağışlı hava səbəbindən olması ehtimal edilir. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gec çatıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm