Bu metro stansiyaları ətrafında nəqliyyat axınına nəzarət gücləndirildi - - FOTO
Bizi izləyin

Nəqliyyat

Bu metro stansiyaları ətrafında nəqliyyat axınına nəzarət gücləndirildi - - FOTO

Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Agentlikdən Publika.az-a verilən məlumata görə, səhər pik saatlarında metronun “Gənclik”, “20 Yanvar” və “Neftçilər” stansiyalarının ətrafı kimi vacib nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm