İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi
Bizi izləyin

Nəqliyyat

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways"in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib.

Aviaşirkətdən Publika.az-a verilən məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.

Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm