Nəqliyyat
Bakı polisindən avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə ÇAĞIRIŞ
Son vaxtlar Bakıda bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqla səslərin süni şəkildə artırılması halları artıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şəhər sakinləri və sürücüləri narahat edən bu mövzu ilə bağlı bildirib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıq quraşdırılması halları müşahidə olunur. Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Təəssüf ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur.
Cəmiyyətin hər bir üzvünün bu mövzuda fəal iştirakının vacibliyini vurğulayan V.Əsədov deyib: “Hər kəs bu tip avtomobillərin əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səsgücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın. Mən də paytaxt sakini kimi elə hallara qarşı olduğumu da demək istəyirəm. Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıq quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıq zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunsun”. (Azərtac)
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi