Bakı-Quba yolunda dəhşətli hadisə - ÖLƏN VAR
Bizi izləyin

Nəqliyyat

Bakı-Quba yolunda dəhşətli hadisə - ÖLƏN VAR

Bakı-Quba-Rusiya sərhədi magistral yolunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, magistralın 60-cı kilometrliyində - Xızı rayonu ərazisində Rusiya vətəndaşı Anzor Todorov idarə etdiyi "Toyota Camry" markalı, A400KP07 markalı avtomobillə gecə saat 02 radələrində piyadanı vurub. Nəticədə ağır xəsarət alan gənc oğlan hadisə yerində ölüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Siyəzən şəhər sakini 1994-cü il təvəllüdlü Əsgərov Ümid Əlirza oğludur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm