DİN 2 qardaşın öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Nəqliyyat

DİN 2 qardaşın öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Hacıqabulda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, avqustun 31-də saat 4 radələrində Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurub, sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölüblər.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm