DİN ölümlə nəticələnən qəzalarla bağlı məlumat yaydı
Bizi izləyin

Nəqliyyat

DİN ölümlə nəticələnən qəzalarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 9-da saat 10 radələrində Saatlı rayonunun Qırağlı kəndi ərazisində Bakı şəhər sakini Z.Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Saatlı rayon sakini Teleh İlqaroğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə T.İlqaroğlu xəstəxanaya aparlılarkən yolda ölüb.

Bundan başqa sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi “VAZ-2121” və R.Fərəcovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm