Bazar günü rayonlarda 3 nəfər bu səbəbdən öldü
Bizi izləyin

Nəqliyyat

Bazar günü rayonlarda 3 nəfər bu səbəbdən öldü

Daxili İşlər Nazirliyi bazar günü ölkə yollarında baş verən avtomobil qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 15-də saat 17 radələrində Masallı rayonunun Köhnə Alvadı kəndi ərazisində kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili və Cəlilabad rayon sakini V.Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə V.Zeynalov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sahil Zeynalov orada ölüb.

Oxşar hadisə sentyabrın 15-də saat 9 radələrində Sabirabad rayonunun Axısxa kəndi ərazisində də qeydə alınıb. Saatlı rayon sakini Nizami Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı kanala aşırıb və hadisə yerində ölüb.

Daha bir avtomobil aşmaslı hadisəsi dünən saat 22 radələrində Qobustan şəhərinin ərazisində baş verib. Bakı şəhər sakini Arif Alıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm