Nəqliyyat
Deputatlardan xahiş edirəm, rüsumu artırmasınlar - EKSPERT
"Belə məlumat yaylır ki, nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur. Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram".
Publika.az xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
O qeyd edib ki, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:
1. Texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi;
2. Texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətin müəyyən edilməsi;
3. Texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması;
4. Bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi.
Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir.
"Düşünürəm ki, Proqramda nəzərdə tutulan sadaladığım tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmlıdır. Rüsumların az və ya çox olması məsələsinə isə yalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər.
Ona görə də Milli Məclis deputatlarından xahiş edirəm ki, deyilən rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər".
Muxtar
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA