DİN Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı
Bizi izləyin

Nəqliyyat

DİN Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Qaradağda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 23-də saat 12 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şirvan şəhər sakini A.Cavadov 149 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusu yağış suları üçün nəzərdə tutulmuş su arxına aşırıb. Nəticədə avtobusdakı sərnişin, Bakı şəhər sakini Mürvət Rəsulov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm