Azərbaycanda ağaca çırpılan avtomobil alovlandı - FOTO
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda ağaca çırpılan avtomobil alovlandı - FOTO

Bu gün Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, idaretmədən çıxan “Mercedes” markalı minik maşını yol kənarındakı bir neçə həmişəyaşıl ağacı qırararaq yaşıllıq zolağına düşüb. Qəzadan sonra maşın yanmağa başalyıb.

Hadisə nəticəsində ağır xəsarət alan sürücü, 1982-ci il təvəllüdlü Bayraməliyev Elçin Şair oğlu ətrafdakıların köməyilə yanan avtomobildən çıxarılıb və o təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürmə briqadası avtomobildə başlayan yanğını söndürüb. Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm