• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

Tanınmış ekspert DYP və AAYDA-nı sərt tənqid etdi

Tanınmış ekspert DYP və AAYDA-nı sərt tənqid etdi

"Bakı-Sumqayıt yolunda yenə də boru basdırma işləri səbəbindən tıxacdır. Hər halda belə işlər də görülməlidir. Qoy görsünlər, işləri avand olsun. Amma belə düzgün deyil axı. Bu gün diqqət etmişəm ki, orada 5-6 adam və 2-3 ədəd də texnika işləyir. Bu minvalla ən azı 1 ay oradan keçmək əzab olacaq".

Publika.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə tanınmış ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, işin aparıldığı yol ölkəmizin ən yüklənmiş, beynəlxalq əhəmiyyətli avtomagistraldır: "Camaat 1 aya 100 kilometr uzunluqda 6 zolaqlı avtomagistral tikir. Olmazmı ki, siz də texnikanızı və adamlarınızı ora töküb gecə-gündüz işləməklə bu işi 3-4 günə bitirəsiniz. Axı bu mümkündür. İnsanları da düşünmək lazımdı. Belə işlərə icazə verməli dövlət orqanları (AAYDA, DYP) da gərək bu qaydada işlərə imkan verməsinlər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR