Nəqliyyat
Azərbaycan BTQ ilə sərnişin daşınmasına tam hazırdır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşımalarının gecikməsi Gürcüstan tərəfindəki texniki problemlərlə əlaqədardır.
Bu sözləri Azərtac-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Azərbaycan tərəfi BTQ dəmir yolu xətti ilə sərnişin daşımalara başlamaq üçün tam hazırdır. Lakin Gürcüstan tərəfində mövcud olan bəzi texniki problemlər bu daşımalara başlamağa imkan vermir: “Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlər yoxdur. Bu da sərnişin daşımaları üçün problem yaradır”.
QSC sədri deyib: “Bizim qatarlarımız və vaqonlarımız hazırdır və biz sərnişin daşımalarına başlaya bilərik. Lakin bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları yoxdur. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur”.
C.Qurbanov əlavə edib ki, əgər məsələ yaxın vaxtlarda həllini tapmasa “Azərbaycan Dəmir Yolları” QSC Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: “Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Əgər bir-iki aya vəziyyət düzəlməsə və məsələ həll olunmasa Azərbaycan öz elektrovozlarını və ya dizel lokomotivlərini təklif edəcək”, - deyə C.Qurbanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, BTQ-yə əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR