Bakıda qızlar maşının altında belə qaldı - QORXUNC VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakıda qızlar maşının altında belə qaldı - QORXUNC VİDEO

Bakıda baş vermiş dəhşətli piyadavurma ilə nəticələnən qəza kameraya düşüb.

Üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır.

Qeyd edək ki, həmin ərazi piyadaların keçməsi üçün nəzərdə tutulmayıb. Lakin tez-tez piyadalar yolu keçir və qəzalar baş verir. Ərazidə bir neçə yerüstü və yeraltı piyada keçidi olsa da əhalinin sıx məskunlaşdığını nəzərə alaraq onların sayını artırmaq daha yaxşı olardı. Görüntüləri təqdim edirik.(avtosfer.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm