Nəqliyyat
Sabah Bakının mərkəzi küçələri bağlanacaq
Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, Bakı şəhərində "Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar 25 oktyabr saat 08:30-dan "Heydər Əliyev Mərkəzi”, "Bakı Konqres Mərkəzi”, "Hyatt Regency” oteli istiqamətinə doğru kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək və xüsusilə paytaxtın Nərimanov rayonu ərazisindəki Xətai və Təbriz küçələri istiqamətində, Həsənoğlu və Qədirbəyov küçələri kəsişməsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
V.Əsədov, həmçinin bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrindən, yəni Lökbatan dairəsindən mərkəzə doğru hərəkət edən avtomobil sürücüləri kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə hərəkət etmələri nəzərdə tutulub: “Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, keçirilən tədbirlə əlaqəli paytaxtın Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələrdən sürücülər mümkün qədər avtomobillərdən istifadə etməsinlər”.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO