Bakıda vəzifəli şəxsin qardaşının öldüyü dəhşətli hadisənin VİDEOSU
Bizi izləyin

Nəqliyyat

Bakıda vəzifəli şəxsin qardaşının öldüyü dəhşətli hadisənin VİDEOSU

Təxminnə 2 həftə əvvəl Bakı şəhəri Səbail rayonu ərazisində baş verən ağır yol qəzasının videosu yayılıb.

Publika.az xəbər verir ki, Neftçi Qurban küçəsində 32 yaşlı Elvin İsmayılovun idarə etdiyi moped Bayıl qəsəbəsi istiqamətində yoxuşu qalxarkən səkiyə dəyərək sürüşməsi nəticəsində sürücü yolun kənarına yıxılıb. Görüntülərdən aydın görünür ki, gənc motosikletçi başının yolun kənarındakı dirəyə çırpılması nəticəsində vəfat edib. Hadisənin videosunu avtosfer.az saytına istinadən təqdim edirik.

Qeyd edək ki, mopedlə ağır qəzaya düşərək vəfat edən 32 yaşlı Elvin İsmayılov Ədliyyə Nazirliyinin əməkdaşı, notarius Elçin İsmayılovun qardaşı imiş.

Ədliyyə Nazirliyinin kollektivi Elçin İsmayılova qardaşının vaxtsız vəfatı ilə əlaqədar başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm