Bakıda 289 insanın öldüyü dəhşətli hadisədən 24 İL ÖTÜR
Bizi izləyin

Nəqliyyat

Bakıda 289 insanın öldüyü dəhşətli hadisədən 24 İL ÖTÜR

1995-ci il oktyabr ayının 28-də Bakı metropoliteninin «Ulduz» stansiyasından «Nərimanov» stansiyası istiqamətində hərəkət edən qatarda baş vermiş dəhşətli yanğın hadisəsindən 24 il ötür.

Publika.az xəbər verir ki, bu hadisə itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsinin qurbanlarının xatirəsi daim ehtiramla yad edilir. Metropolitençilər hər il 28 oktyabr günündə Mill Qəhrəman Çingiz Babayevin «Ulduz» stansiyasındakı büstünü ziyarət edir, abidənin önünə təzə-tər gül-çiçək dəstələri düzürlər.

Qeyd edək ki, 1995-ci ildə Prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib. Beləliklə, ilk dəfə 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşüb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm