Masazır sakinlərinə ŞAD XƏBƏR: 20 yeni avtobus xəttə buraxılacaq
Bizi izləyin

Nəqliyyat

Masazır sakinlərinə ŞAD XƏBƏR: 20 yeni avtobus xəttə buraxılacaq

Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub.

Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

Bildirilib ki, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək: "Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm