• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Bakıda dəhşətli avtobus qəzası - Xeyli yaralı var

Bakıda dəhşətli avtobus qəzası - Xeyli yaralı var

Bakıda iki sərnişin avtobusu toqquşub.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.(Report)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR