Azərbaycanda həftəsonu qırğını - 17 nəfər bu səbəbdən öldü
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda həftəsonu qırğını - 17 nəfər bu səbəbdən öldü

Son günlərdə Azərbaycanda baş verən və xeyli insanının ölümünə səbəb olan ağır yol qəzalarının sayı artıb.

Publika.az xəbər verir ki, cümə günü, yəni noyabrın 1-də ölkə yollarında baş verən qəzalarda 8 nəfər həyatını itirib. Noyabrın 2-də isə baş verən qəzalar 6 nəfərin ölümünə, daha 24 nəfərin isə xəsarət almasına səbəb olub. Son olaraq isə bu gün Sumqayıt yaxınlığında 2 avtomobilin toqquşması daha 3 nəfərin dünyasını dəyişməsinə səbəb olub.

Qeyd edək ki, son günlərdə ölkə ərazisində yağıntılı hava şəraiti hökm sürür və qəzaların artmasında hava şəraitinin də rolu ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm