Prezidentdən on minlərlə vətəndaşın problemi ilə bağlı VACİB TAPŞIRIQ - DANX hərəkətə keçdi
Bizi izləyin

Nəqliyyat

Prezidentdən on minlərlə vətəndaşın problemi ilə bağlı VACİB TAPŞIRIQ - DANX hərəkətə keçdi

Günün pik saatlarında Bakı-Sumqayıt və Bakı-Abşeron istiqamətlərində yaranan tıxacı aradan qaldırmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) layihələrin icrasına başlayıb.

Bu barədə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ilkin olaraq Masazır istiqamətində olan marşrut xətlərində yenilənmə aparılacaq:

"Bu barədə müəyyən daşıyıcıların qarşısına tələblər qoyulub və 525 saylı marşrut xəttinə yeni 20 avtobus veriləcək. Yeni ildən həmin istiqamətlərdə avtobus parkının yenilənməsi və marşrut xətlərinin artırılması nəzərdə tutulur”.

N.Allahyarova qeyd edib ki, sərnişinlərdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq monitorinq qrupu təşkil edilib:

“Bakı istiqamətində gələn sərnişinlərin şikayətlərini nəzərə alaraq monitorinq qrupu təşkil edilib. Onların köməyi ilə müəyyən olunacaq ki, hansı istiqamətlərdə avtobus çatışmazlığı var və bu kimi problemlər araşdırılacaq. Vəziyyəti yaxşı olmayan, 10 ildən artıqdır istifadədə olan, tutumu az nəqliyyat vasitələri yeniləcək. Yeni avtobuslar isə daha komfortlu, iritutumlu olacaq. Ən vacibi isə onlarda panduslar quraşdırılacaq”.

Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən daha bir mühüm problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova göstəriş verib. Prezident uzun illərdir tıxac problemi ilə üzləşən Bakı-Sumqayıt magistral yolundan danışıb: “Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm