Bakı Metropoliteninin bu stansiyalarında qatarların hərəkəti dayandırıldı
Bizi izləyin

Nəqliyyat

Bakı Metropoliteninin bu stansiyalarında qatarların hərəkəti dayandırıldı

“Bakı Metropoliteni” QSC səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır. "Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə QSC-dən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm