"Mercedes" yük maşınına çırpıldı, TIXAC YARANDI - FOTO
Bizi izləyin

Nəqliyyat

"Mercedes" yük maşınına çırpıldı, TIXAC YARANDI - FOTO

Bakıda yol qəzası baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Çerment körpüsü"nün üzərində baş verib.

Belə ki, 99-RL-161 nömrəli dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili 99-EA-139 nömrəli dövlət qeydiyyat nişanlı “Opel” markalı minik avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

Hadisə zamanı yolda 30 dəqiqədən artıq tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm