Cocuq Mərcanlıya ilk avtobus reysi yola düşdü
Bizi izləyin

Nəqliyyat

Cocuq Mərcanlıya ilk avtobus reysi yola düşdü

İlk Cocuq Mərcanlı avtobus reysi işə salınıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX)məlumat verilib.

Bildirilib ki, bir müddət əvvəl Sumqayıtdan Cocuq Mərcanlıya ilk reys yola düşüb.

Xatıraladaq ki, müntəzəm marşrut xətləri Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən fəaliyyət göstərəcək. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.

"Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm