Nəqliyyat
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə müraciət edib.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi müraciətdə yol hərəkət iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir və bayramla əlaqədar verilmiş tətil günlərində səfərə çıxmağa hazırlaşan sürücüləri aşağıda qeyd olunan tövsiyələrə əməl etməyə çağırıb: "Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin. Yolboyu ötmə və ya digər manevlər edərkən tələsməyin, qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sürətini və istiqamətini düzgün qiymətləndirin, təhlükəsizliyinizə əmin olmadan qərarlar verməyin. Unutmamalıyıq ki, yol qəzalarının qarşısının alınmasını şərtləndirən başlıca amillərdən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq yolda müəyyən edilmiş sürət həddinə ciddi əməl etməkdir. Uzaq məsafələrə səfərlər zamanı günün işıqlı vaxtında yola çıxmağa çalışın, yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz, yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz. Yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş keçirməsinə şərait yaratmış olacaqsınız"".
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ