Nəqliyyat
Bakı-Sumqayıt yolunun genişləndirilməsi neçəyə başa gəlir? - Sədr açıqladı
Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər kilometri 778 min manata başa gəlməlidir.
Publika.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün YAP qərargahında ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər: “Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm çox artıb və Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Təbii ki, bu avtomobillərin hamısı Bakının mərkəzinə gəlmir. Ona görə də indiyədək görülən işlər müəyyən qədər problemin həllinə yardım edib”.
Sədr onu da qeyd edib ki, bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub.
S.Məmmədov deyib ki, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir: “Yolların keyfiyyətli olması sürətə də təsir edir”.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var