Yeni avtobuslar gəlir: elektriklə işləyir, batareyası var
Bizi izləyin

Nəqliyyat

Yeni avtobuslar gəlir: elektriklə işləyir, batareyası var

Türkiyə daxili imkanlar hesabına ərsəyə gətirilən elektrik mühərrikli avtomobildən sonra eyni tip avtobusları təqdim etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, "Otokar" şirkəti istehsalını Türkiyədə gerçəkləşdirdiyi "Kent Electra" avtobuslarını daxili və xarici bazara çıxarmağa hazırlaşır.

Yeni avtobusun 310 kilovat/saatlıq (kWh) batareya potensialı var. Eyni zamanda, fərqli tip batareya seçimləri üzərində işlənir. Avtobusun sistemi modulyardır. Müştərinin istəyinə bağlı olaraq konfiqurasiyası dəyişdirilə bilir. 18 ton yük, 80-85 nəfər daşıya bilir.

Avtobusların şəhərdaxili ictimai nəqliyyatda istifadə olunmasına üstünlük veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm