• USD 1,7000 0,00% EUR 1,8463 +0,36%
    • GBP 2,1993 -0,00% RUB 0,0265 0,00%

Çingiz Qənizadə: "Bunlar vətəndaş məmnunluğuna hesablanıb"

Çingiz Qənizadə: "Bunlar vətəndaş məmnunluğuna hesablanıb"

“Son günlər Bakı şəhərində hərəkətin intensivliyi artıb. Bunu mən də dəfələrlə müşahidə etmişəm və artıq iki həftədir ki, paytaxtda xüsusilə hərəkətin sıx olduğu nöqtələrdə intensivlik var”.

Bu barədə Avtosfer.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə məlumat verib. O, bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində aparılan struktur dəyişiklikləri müsbət nəticələr verməyə başlayıb:

"Müşahidələrim onu göstərir ki, xidmət aparan YPX əməkdaşları daha çox hərəkətin nizamlanması, hərəkətin intensivliyi, təhlükəsizliyin qorunmasına diqqət edirlər. Sıxlıq olan nöqtələr - "20 Yanvar" dairəsi, "Şamaxinka", "3-cü mikrorayon" ərazisində, Babək prospektində və digər küçə və yollarda YPX əməkdaşları mütəmadi olaraq xidmət aparırlar. Həm avtomobillə, həm də piyada şəkildə yolda hərəkəti nizamlayır. Bu özü müsbət nəticədir. Demək ki, bu tendensiyanı qoruyub saxlamaqla əhalinin yollarda rahat hərəkətini təmin etmək olar.

Mən yol polisinin yeni rəhbərliyinin işgüzarlığına əminəm və düşünürəm ki, gələcəkdə onlarla sıx əməkdaşlıq edərək həm maarifləndirmə tədbirlərini gücləndirəcək, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə tövhə verəcəyik”.

Çingiz Qənizadə onu da bildirib ki, YPX əməkdaşlarının son vaxtlar cərimə yazmaqdan daha çox hərəkətin təhlükəsizliyini təmin etməyə üstünlük verməsi DİN rəhbərliyinin iradəsindən asılıdır:

“Bu istiqamətdə aparılan islahatlar vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Ümid edirəm ki, bu tendensiya davam edəcək və yol polisi sistemində bu islahatların davamlı olacaq. Sürücüləri, vətəndaşları narazı salan digər məqamlar da aradan qaldırılmalıdır. Daxili İşlər naziri Vilayət Eyvazovun da apardığı islahatlardan da onu görürük ki, bütün bunlar vətəndaş məmnunluğuna hesablanıb”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR