Bakıda daha bir marşrut karta keçir - ELAN
Bizi izləyin

Nəqliyyat

Bakıda daha bir marşrut karta keçir - ELAN

Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Publika.az BNA-ya istinadən xəbər verir ki, fevralın 5-dən 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə almaqla icra edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm